Azərbaycanda daha bir böyük istirahət kompleksi tikilir - 157 OTAQLI OTEL, 30 KOTEC
"Kontinent İnşaat" şirkəti Şabran rayonu, Pirəbədil kəndində “Şabran” Yaradıcılıq İstirahət Kompleksinin tikintisini həyata keçirir. İstirahət kompleksi 5 ulduzlu olacaq.
Marja.az xəbər verir ki, 12,6 hektar ərazidə yerləşən kompleksin 7 mərtəbəli otel binası 157 otaqdan (116 standart otaq, 29 suit, 11 kral suiti, 1 prezident suiti) ibarət olacaqdır. Həmçinin, yazıcılar, bəstəkarlar və rəssamlar üçün 1 və 2 mərtəbəli olmaqla 30 kotec tikilir.
Həmçinin kafe-restoran, uşaq düşərgəsi, inzibati bina, amfiteatr, üzmə hovuzu, uşaq hovuzu, jakuzi, oyun meydançaları, yerüstü avtomobil və avtobus dayanacaqları layihələndirilmişdir.
Qeyd edək ki, avqustun 12-də İsmayıllı rayonunun Basqal kəndində istifadəyə verilmiş “Basqal Resort & Spa” oteli "Kontinent İnşaat" şirkəti tərəfində tikilib. Şəki rayonunun Kiş kəndində yerləşən “Marxal Resort & Spa” istirahət kompleksi “Kontinent İnşaat” MMC tikinti şirkətinin həyata keçirdiyi ən böyük layihələrdən biridir.
“Kontinent İnşaat” MMC 2010-cu ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır