Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avstraliyanın şirkəti Azərbaycanda da fəaliyyət göstərməkdə maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avstraliyanın şirkəti Azərbaycanda da fəaliyyət göstərməkdə maraqlıdır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Fortescue Metals Group”un sədri və təsisçisi Endrü Forest ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə Endrü Forest “Fortescue Metals Group”un törəmə müəssisəsi olan “Fortescue Future Industries” (FFI) şirkətinin bərpaolunan enerji, yaşıl hidrogen, ammonyak və sintetik metan kimi dayanıqlı yanacaq sahələrindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edib, sözügedən şirkətin Azərbaycanda da bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.

Reklam_3_11

Rövşən Nəcəf SOCAR-ın dekarbonizasiya və bərpaolunan enerji sahələrindəki hədəfləri, həmçinin bu istiqamətdə atılan addımlar barədə məlumat verib.

Söhbət zamanı tərəflər arasında mövcud neft-qaz və neft-kimya əməliyyatlarının dekarbonizasiyası, Azərbaycanda “yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi məqsədilə FFI-nin SOCAR-ın mövcud obyektlərindən və infrastrukturundan istifadəsi, həmçinin digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Xəbər verdiyimiz kimi, Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın “Fortescue Future Industries” şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə “yaşıl enerji”, Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin “yaşıl hidrogen” istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib. 

Şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi, karbohidrogen ixracı infrastrukturu, mövcud “yaşıl enerji” potensialı, bu sahədə müəyyənləşdirilmiş strateji hədəflər, görülmüş işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilmiş nəticələr haqqında məlumat verilib. Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülmüş işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında danışılıb. 

Qeyd edək ki, əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə “yaşıl hidrogen” istehsalı olan “Fortescue Future Industries” şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir. 

18.08.2022 13:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ