Türkiyə Mərkəzi Bankından sürpriz faiz endirimi - TÜRK LİRƏSİ UCUZLAŞDI
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı 8 ay fasilədən sonra faizini azaltdı.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 1 bənd azaldaraq 14 faizdən 13 faizə endirib.
Proqnoz faiz dərəcəsinin 14 faiz səviyyəsində sabit saxlanacağı istiqamətində idi.
Qərarın ardından Dollar/TL məzənnəsi 18.13-ün üstünü test edib. Türk Lirəsi 1%-ə yaxın ucuzlaşıb.
Beləliklə, Türkiyə Mərkəzi Bankı inflyasiya ilə mübarizəni kənara qoyub, iqtisadi artımı və ixracı dəstəkləyir. Türkiyədə illik inflyasiya 80%-ə yaxınlaşıb.
Türkiyə Mərkəzi Bankı dayanıqlı qiymət sabitliyinin və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində atılan və qətiyyətlə həyata keçirilən addımlarla bərabər qlobal sülh mühitinin bərpası ilə inflyasiyanın düşməyə başlayacağını bildirib.
"İdarə Heyəti inflyasiyanın düşməsi prosesinin dayanıqlı qiymət sabitliyi və maliyyə sabitliyini gücləndirmək üçün atılan və qətiyyətlə həyata keçirilən addımlarla birlikdə qlobal sülh mühitinin yenidən qurulması ilə başlayacağını proqnozlaşdırır. Bununla belə, üçüncü rübün ilkin göstəriciləri iqtisadi aktivliyin bir qədər azalacağına işarə edir. Qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın davam etdirilməsi baxımından maliyyə şərtlərinin dəstəkləyici olması vacibdir. Bu çərçivədə İdarə Heyəti siyasət faizini 100 faiz bəndi endirmək qərarına gəlib", - TCMB-nin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


