Dövlət Xidməti özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olmuş vəsaiti açıqladı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində 40 hərrac keçirilib.
Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib.
2022-ci ilin 7 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 223 sifariş elektron qaydada qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 62 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.
Yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,4 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə, 2 252 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 498-i qeyri-yaşayış sahəsi, 1754-ü isə torpaq sahələrinə aid olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 7 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 13,9 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, 46,3 milyon manata yaxın vəsait daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
20 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
49 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
57 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
















.jpg)







