Dollar aparıcı valyutalara nisbətən ucuzlaşır
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiyməti son 3 gündür ucuzlaşmaqda davam edir.
Belə ki, proqnozlaşdırıldığı kimi EUR/USD məzənnəsi 1.12$ ətrafında ticarət edilməkdədir və Türk lirəsinin qiyməti də 3.51TL-ə kimi bahalaşıb. Gələcək günlərdə də məzənnələrdə güclü dəyişiklik gözlənilmir. Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) növbəti faiz artımı üzrə gözləntilərinin azalması, dolların ucuzlaşmasına səbəb olur.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00 və 17:45-da müvafiq olaraq Avrozona və ABŞ-ın istehsal və xidmət sektorlarında biznes aktivliyi indeksləri açıqlanacaqdır. Məlumatların foreks bazarlarında avro və dolların məzənnələrinə təsir edə biləcəyi gözlənilir.
Qızıla olan maraq yenidən artır
Əlvan metallar bazarlarında isə qızılın qiyməti bahalaşmaqda davam edir. 1252$-a ticarət olunan qızılın bir unsiya üzrə qiyməti 1261 və 1275$-a kimi də dəyər qazana bilər. Dünyada siyasi risklərin artması, qızıla olan marağın da artmasına səbəb olur.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)








