Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvana yanacaq daşınmasına subsidiya veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvana yanacaq daşınmasına subsidiya veriləcək

Nazirlər Kabineti “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” 6 fevral 2014-cü il tarixli qərarında dəyişiklik edib.

Məlumata görə, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə "Aİ-92" markalı avtomobil benzini üzrə aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18 %-dən 18,3 %-ə çatdırılıb.

Həmçinin növbəti ildən yanacağın Dövlət Neft Şirkətinin (SOCAR) müəyyən etdiyi satış məntəqələrindən Naxçıvan MR-na daşınmasına təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödəniləcək. Cari ildə bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.

XXX

Yanacağın Naxçıvana daşınmasına subsidiya veriləcək

Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərar verib.

Qərara əsasən, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.

Subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təmin edilsin və bu məqsədlə hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinin hazırlanması çərçivəsində dotasiyanın həcmi müəyyən edilərkən subsidiyanın ödənilməsi xərcləri nəzərə alınacaq.

Bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalamalı, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

24.08.2022 14:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ