Qazaxıstanın “BI Group” şirkəti Füzulidə tikinti işlərinə cəlb olunub
Qazaxıstanın “BI Group” şirkəti Füzulidə tikinti işlərinə cəlb edilib.
Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında bildirib.
“Bu bizim üçün çox önəmli hadisədir çünki dünyada tanınan böyük şirkət Azərbaycanda da fəaliyyət göstərir”, - deyə Y.Abdullayev qeyd edib.
Qeyd edək ki, Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.
“Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verib.
Qarabağda biznes qurmaq üçün 65 Qazaxıstan şirkəti müraciət edib
Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu regionda biznes qurmaq istəyən şirkətlərdən 1100-dən çox müraciət daxil olub.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında deyib.
O.Məmmədov qeyd edib ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Aərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
48 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























