Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Evini kirayə verənlər üçün verginin azaldılacağı, cərimənin artırılacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Evini kirayə verənlər üçün verginin azaldılacağı, cərimənin artırılacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son illər Azərbaycanda, o cümlədən paytaxt Bakıda xeyli sayda insan mənzil problemini ipoteka krediti və digər yollarla həll edib.

Bununla belə, ölkədə hələ də evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar.

Kirayəyə üz tutanlar həm də evi olan, lakin işləmək və yaxud təhsil almaq üçün iri şəhərlərə üz tutanlardır. Odur ki, Azərbaycanda əməlli başlı kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada - şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bu isə həm ev sahiblərinin və kirayəçilərin hüquqları baxımından risk yaradır, həm də kirayə bazarına nəzarət etməyə, bazar iştirakçılarını vergiyə cəlb etməyə mane olur.

"Kölgə iqtisadiyyatı"nın bir hissəsi

 “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov deyir ki, kirayə bazarı faktiki olaraq "kölgə iqtisadiyyatı"nın bir hissədir: "Qara bazar”dır deyə vətəndaşların çoxu kirayə müqaviləsi bağlamır. Məqsəd isə vergi ödəməkdən yayınmaqdır. Müqavilə bağlansa, əldə olunan gəlirə 14% vergi tətbiq olunur. Odur ki, vətəndaşların 95%-i müqavilə bağlamır. İstisna hal ancaq xarici vətəndaşlara və yaxud təşkilatlara ev kirayə verəndə olur. Bu da "kölgə iqtisadiyyatı"nın mühüm bir hissəs deməkdir".

Evini kirayəyə verənlər az vergi ödəsin

Onun fikrincə, kirayə mənzil bazarındakı əməliyyatları leqallaşdırmaq, ev sahblərini müqavilə bağlamağa stumullaşdırmaq üçün vergi yükü azaldılmalıdır: "Biz təklif edirik ki, evini kirayəyə verənlər 14% deyil, 5-7% vergi ödəsin. Amma vergi ödəməkdən yayınanlar böyük məbləğdə cərimə olunsunlar. Hazırda İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti bununla bağlı qanun layihəsi hazırlayır. Cərimə mexanizmi tətbiq olunacaq".

Kirayə müqaviləsi can rahatlığıdır

E.Aazadov deyir ki, kirayə müqaviləsinin bağlanılmasında təkcə ev sahibləri deyil, həm də kirayəçilər maraqlı olmaldıır: "Müqavilə can rahatlığıdır. Məsələn, ev sahibi kirayəçini vaxtından əvvəl evdən çıxara bilməz, gözlənilmədən qiyməti artıra bilməz. Əgər vətəndaş uzun müddət bir yerdə yaşayırsa, orada qeydiyyata düşməlidir. Bununla da həmin ərazidə tibbi xidmətlərdən istifadə etmək, uşaqlarını bağçaya, məkətəbə qoya bilmək, seçkilərdə iştirak etmək, banklardan, mağazalardan kredit götürmək olar. Yəni, bu müqavilə bir çox məsələləri həll edə bilər".

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© Report 

25.08.2022 16:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ