Şərab evlərinin qeyri-qanuni fəaliyyətləri aşkar edildi
Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 45 ünvanında yerləşən “Şərab evində” keçirilən vergi nəzarəti tədbiri zamanı, özünü obyektin sahibi kimi təqdim edən Xəlilov Eldar İsa oğlunun qeyri-qanuni olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının saxlanılması və satışının həyata keçirilməsini təşkil etdiyi aşkar edilib. Sözügedən ünvanda aparılan baxış zamanı aşkar edilmiş xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilər və tütün məmulatları götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün müvafiq sənədlər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
2017-ci ilin ötən müddəti ərzində aksiz markası olmadan xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan məhsulların satışını həyata keçirən vergi ödəyicilərinin aşkar edilməsi üzrə Bakı şəhəri, Tbilisi prospektində yerləşən vergi ödəyicisi Məmmədov Osman Akif oğluna məxsus “Kübar market”də və Rəfiyev Çingiz Əlövsəd oğluna məxsus “Şərab evi №1”də, Nəsimi və Nizami rayonları ərazisində fəaliyyət göstərən Tağıyev Ramil Rafiq oğlu, Gülmalıyeva Könül Gülalı qızı və Abbasov Elşad Telman oğluna məxsus siqaret satışı ilə məşğul olan 3 köşkdə, Xanadanova Turac Hətəm qızı və Məmmədov Natiq Əzizulla oğluna məxsus “Elbrus şərab evləri” şəbəkəsində, Sumqayıt şəhərində yerləşən Rəhimov Ramiz Əliəsgər oğluna məxsus “Soyuz peçat” mağazasında və digər obyektlərdə çoxlu sayda analoji hallar aşkar edilərək, qanunamüvafiq tədbirlər görülüb.
Ümumilikdə, respublika üzrə 2017-ci il ərzində aksiz markaları ilə markalanmalı olan malların, markalanmadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə yerli vergi orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməsi haqqında 364 qərar çıxarılıb, 349 obyektdə nəzarət tədbiri həyata keçiriib, bunlardan 265-də vergi ödəyiciləri tərəfindən 33 439,4 manat miqdarında aksiz markası olmadan malların satışının həyata keçirildiyi aşkar edilərək, nəticələri müvafiq akt və protokollarla rəsmiləşdirilməklə inzibati xəta tərkibi yaradan materiallar baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəmələrinə, cinayət tərkibi yaradan materiallar isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Vergilər Nazirliyi saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə bağlı nəzarət tədbirlərini davam etdirir, nöqsan aşkar edilən şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 9 d. əvvəl
-
-
39 d. əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda İran konfetləri məhv edilib
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
Əhalinin 53%-i sığortalıdır - SORĞU
Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
BMW-yə yeni baş direktor təyin edilib

























.jpg)
