200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
(®) Qatlanan smartfon həvəskarlarının ən böyük narahatlıqlarından biri həmişə ekranın davamlılığı olub. Bu başa düşüləndir: qatlanan smartfonların daimi istifadəsi ilə tez sıradan çıxma, ekranın zədələnməsi və digər oxşar problemlər riski var. Buna görə də bu yaxınlarda təqdim olunan yeni devayslar - Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4-də işlərin necə olduğunu öyrənmək maraqlı idi.
“Samsung Azərbaycan” YouTube kanalında Samsung Galaxy Z Fold4 və Z Flip4 telefonlarının təqdimatı
Galaxy Z Fold4 üzərində işləyərək, Samsung, smartfondan planşetə çevrilmə üçün məsul olan menteşənin təkmilləşdirilməsi işinə daha çox diqqət yetirdi. 200.000-dən çox bükülmə və açılma testi smartfonun konstruksiyasının nə qədər mükəmməl olduğunu bir daha nümayiş etdirdi.
Galaxy Z Flip4-ə gəlincə, Samsung iddia edir ki, o, təxminən beş il ərzində hər gün 100 qata bərabər olan "200.000 qatlamaya" dözə bilir. Hamar açılışa baxmayaraq, menteşə hələ də zəif hiss etməmək üçün kifayət qədər müqavimətə malikdir. Müqavimət də cihazı müxtəlif bucaqlarda yerləşdirmək üçün kifayətdir.
Həm Galaxy Z Fold4, həm də Galaxy Z Flip4, Armor Aluminium və Corning© Gorilla© Glass© kimi ən materiallardan hazırlandıqları üçün Galaxy cihazlarından ən davamlısıdır. Bu, zədə və cızıqlardan narahat olmadan telefonunuzu bütün hallarda istifadə etməyə imkan verir.
Galaxy Z Fold və Galaxy Z Flip 4 IPX8 reytinqinə malikdir və dünyada yeganə suya davamlı qatlanan smartfonlardır.
Təbii ki, həm Galaxy Z Fold4, həm də Galaxy Z Flip4 açılmamış halda mümkün qədər funksional və işləkdir, lakin bu smartfonlarla qarşılıqlı əlaqədən tam həzz almaq üçün onlardan maksimum istifadə etmək lazımdır. Məhz bu amil, eləcə də əvvəlki modellər - Galaxy Z Fold3 və Galaxy Z Flip3 üzərində iş təcrübəsi yeni modellərin funksional təkmilləşdirilməsi üçün əsas bünövrəsi oldu.
Bununla belə, heç kim xoşagəlməz hadisələrdən tam olaraq sığorta oluna bilməz, çünki ən ideal texnika belə sıradan çıxa bilər. Buna görə də Galaxy Z Fold4 və Galaxy Z Flip4 modellərini öncədən sifariş edən hər kəs (öncədən sifarişlər sentyabrın 2-nə kimi Azərbaycanda Samsung-un rəsmi distribyutorlarında edilə bilər) Samsung Care+ Eksklyüziv Daxili Displeyin Zəmanətini əldə edəcək. Bu, bir ilə qədər ekranın mexaniki zədələnməsinə qarşı qorunma proqramı seçimi ilə standart zəmanətdən kənar əlavə cihaz qorunmasıdır. Dəstək və xidmət Samsung-un səlahiyyətli xidmət mərkəzləri şəbəkəsi və Samsung-un vahid dəstək xidməti tərəfindən təmin edilir. Bu zəmanət sayəsində siz hissələr üçün deyil, yalnız xidmətin özü üçün ödəyirsiniz. Bundan əlavə, öncədən sifariş edən hər kəs hədiyyə olaraq, Galaxy Watch4 smart saatını əldə edəcək.
Yeni Samsung cihazları haqqında daha ətraflı məlumatı Samsung Azərbaycan şirkətinin rəsmi internet saytından – www.samsung.com/az-da əldə etmək olar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
5 d. əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 40 d. əvvəl
-
47 d. əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
52 d. əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Ən çox oxunanlar
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















