Mərkəzi Bank onlayn növbə sistemini istifadəyə verdi
Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaş qəbulu xidmətinin daha effektiv təşkili məqsədilə onlayn növbə sistemi yaradılaraq istifadəyə verilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
Qurumun yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Mərkəzi Bankın Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə yerində baxılması üçün müvafiq xidmət təşkil olunmuş, həmçinin şifahi müraciətlərin davamlı olaraq qəbul edilməsi üçün yaradılmış “966” nömrəli Qaynar xətt fəaliyyət göstərməkdədir.
Eyni zamanda, Mərkəzi Bankın inzibati binasında təşkil olunan qəbul otaqlarında vətəndaşların təyin olunan xidmət personalına birbaşa yönləndirilməsi, sorğuya aidiyyəti üzrə baxılması və tələb olunan məlumatların dərhal təqdim edilməsi kimi xidmətlərin daha effektiv təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Növbənin İdarəetmə Sistemi yaradılmış və hazırda istifadə olunmaqdadır.
Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda inzibati binaya yaxınlaşan vətəndaşların qəbulu zamanı növbələrin Növbənin İdarəetmə Sistemi vasitəsilə tənzimlənməsi ilə yanaşı, növbənin Mərkəzi Bankın inzibati binasına gəlmədən müvafiq internet səhifəsi vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Təqdim olunan rəqəmsal xidmətdən faydalanmaq üçün vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.
Onlayn növbənin əldə edilməsi ilə bağlı hər hansı bir sual yarandığı təqdirdə vətəndaşlar Mərkəzi Bankın “966” Qaynar xəttinə müraciət edə bilərlər.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsi gələcəkdə də Mərkəzi Bankın diqqət mərkəzində saxlanılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
5 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
5 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
5 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
6 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
