“Neft Daşları”nda hadisə - YENİLƏNİB
“Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda açıq fontan ləğv edilib.
SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyasından verilən xəbərə əsasən, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb və quyu bağlanılaraq nəzarətə götürülüb.
Fontanın ram edilməsi prosesində "Neft Daşları" NQÇİ-nin, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bütün texniki və təşkilati tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib.
Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.
XXX
Avqustun 28-də səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib.
“Azneft” İB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb.
Meydançada işlək quyuların fəaliyyəti dayandırılıb, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılıb və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.
Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 30 d. əvvəl
-
51 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















