Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Özbəkistan üçüncü ölkələrə birgə ixracı müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Özbəkistan üçüncü ölkələrə birgə ixracı müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə görüşüb.

Reklam_3_11

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrimizin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Bildirilib ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Tərəfdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. İş adamları arasında əlaqələrin genişlənməsində təşkil edilən biznes forumlar və işgüzar görüşlər faydalıdır.

Görüşdə həmçinin iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.

Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedhacayev qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu, Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.

Görüşdə “Uzbekneftqaz” SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini  Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

31.08.2022 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ