Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞ

Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞ

Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

Assosiasiyanın yaydığı məlumata görə, sazişi Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov imzaladılar. 

Birgə fəaliyyət istiqamətlərini müəyyən edən Sazişin əsas məqsədi, tərəfdaşlığın inkişafı, məlumat və təcrübə mübadiləsi, təchizat zəncirlərinin optimallaşdırılması, saxlanması və paylanması problemlərinin effektiv həllini təmin edən logistika və pərakəndə satış sahəsində müasir rəqəmsal sistemlərin tətbiqi,  logistika və pərakəndə satış sahəsində beynəlxalq təşkilatların, şirkətlərin və ekspertlərin iştirakı ilə konfransların, biznes forumların, seminarların, dəyirmi masaların birgə təşkil olunması, regional və beynəlxalq tədbirlərdə birgə iştirak, maraqlı şirkət və təşkilatlarla peşəkar və işgüzar əlaqələrin genişləndirilməsinə köməklik etməkdən ibarətdir.

İmzalanma mərasimi zamanı Assosiasiya sədrləri üzvlərini narahat edən bir sıra məsələlər və onların həlli istiqmətləri haqqında müzakirələr, hər iki tərəf üçün maraq doğuran təkrar ixrac (reexport) imkanları haqqında fikir mübadiləsi apardılar.Təkrar ixracın müsbət təsirləri, əsasən də, geyim idxalçıları üçün gətirilən malların həcminin artırılması, nəqliyyat ekspeditor şirkətləri üçün isə, yük daşımalarının artırılması imkanları nəzərə alınmaqla, bundan sonra bu istiqamətdə birgə işlərin görülməsi barədə razılıq əldə olunub.

Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzinin sözlərinə görə, ölkəyə idxal olunan və əlavə dəyər vergisi (ƏDV) hesablanan geyim malları bəzən ixracatçıya geri qaytarılır və assosiasiya üzvlərinin təklifi həmin mallar üzrə hesablananidxal gömrük rüsumunun kompensasiya olunmasından ibarətdir. Təkrar ixrac əməliyyatlarında Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası üzvlərinin iştirakı isə, logistika fəaliyyəti ilə məşğul olan şirkətlər üçün həm əlavə həcm, həm də, yeni fəaliyyət növü deməkdir. Bununla da, nəqliyyat şirkətləri yük daşımalarının həcmini və istiqamətini genişləndirmək imkanları əldə edə biləcəklər.

“Satılmayan və ixracatçıya geri qaytarılanmallar üzrə idxal gömrük rüsumunun hər hansı bir  formada kompensasiya olunması, sahibkarlıq fəaliyyətinin inkişafına əlavə dəstək kimi qiymətləndirilə bilər”, - deyə Fərid Novruzi qeyd edib.”, - deyə Fərid Novruzi qeyd edib.

Danışıqların sonunda tərəflər məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) birgə müraciətin edilmədi və məsələnin həlli üçün birgə təkliflər paketinin hazırlanması haqqında razılığa gəldilər.

Fərid Novruzi Kamran Həbibov Pərakəndə Geyim İdxalçıları Assosiasiyası Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası
01.09.2022 12:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ