Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yaponiya şirkəti hidrogen enerjisi biznesinin Bakıda təqdimatını keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya şirkəti hidrogen enerjisi biznesinin Bakıda təqdimatını keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika Nazirliyində Yaponiyanın “Toyota Tsusho Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin təşəbbüsü ilə təşkil edilən görüşün əsas məqsədi hidrogen enerjisi üzrə məlumat və təcrübə mübadiləsinin aparılması olub.

Reklam_3_11

Azərbaycanda “yaşıl hidrogen” istehsalı perspektivlərindən bəhs edilərək qeyd olunub ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinə əsasən, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi əsas hədəflərdəndir. Bildirilib ki, sənədə əsasən hidrogen istehsalı, ondan istifadə potensialının öyrənilməsi, bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması nəzərdə tutulur.

Şirkət nümayəndələri tərəfindən nəqliyyat sektorunun karbonsuzlaşdırılması mövzusunda təqdimat nümayiş etdirilib. Külək, günəş və xüsusilə yaşıl hidrogen kimi bərpa olunan enerji növlərinin son illər şirkətin əsas biznes istiqamətlərindən olduğu vurğulanıb.

Görüşdə Energetika Nazirliyi və tabeli qurumların nümayəndələri iştirak edib.

03.09.2022 11:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ