Mobil manşet üstü reklam_21

Qazaxıstan Azərbaycanla neftin nəqli variantları üzrə danışıqları davam etdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan Azərbaycanla neftin nəqli variantları üzrə danışıqları davam etdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazaxıstanın “KazMunayQaz” (KMG) neft-qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neftin nəqli variantlarının həyata keçirilməsi üzrə danışıqları davam etdirir.

Bu barədə “İnterfax Qazaxıstan”a istinadən xəbər verir.

“Qazaxıstan neftinin ixrac marşrutlarının daha da şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Energetika Nazirliyi və “KazMunayQaz” Azərbaycan tərəfi ilə Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli məsələləri üzrə danışıqlara başlayıb”, - deyə bu ölkənin Energetika Nazirliyi xatırladıb.

Nazirlikdən bildiriblər ki, hazırda “KazMunayQaz” SOCAR və Qazaxıstan neft şirkətləri ilə neftin nəqlinin müxtəlif variantları ilə bağlı danışıqları davam etdirir.

Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Bolat Akçulakov bildirmişdi ki, Azərbaycan ərazisindən yalnız az miqdarda neftin nəqli imkanları nəzərdən keçirilir: «Xəzər dənizi vasitəsilə Azərbaycana müəyyən həcmdə neftin göndərilməsi məsələsi texniki məsələdir və söhbət hansısa böyük həcmdə daşınmalarda deyil, bizdə neft hasilatının artımı nəticəsində ola biləcək bəzi izafi həcmlərdən gedir".

Xatırladaq ki, iyulun əvvəlində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “KazMunayQaz”a Qazaxıstan neftinin tədarükünü şaxələndirmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsi üçün ən optimal variantların işlənib hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir. Hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutu Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemidir. Bu, boru kəməri ilə vurulan həcmin 80 %-dən çoxunu təşkil edir. Kəmərin gücü ililk 67 milyon ton neftdir.

 

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© Report

05.09.2022 11:29

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ