Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yaponiya şirkətlərinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya şirkətlərinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 5-də “İTOCHİ Oil Exploration Co” Ltd-nin prezidenti Takumi Hiraganın rəhbərlik etdiyi Yaponiya şirkətlərindən ibarət nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında olub.

Agentliyin yaydığı məlumatda bildirilir ki, şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya şərait, tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye zonalarında istehsal olunan məhsullar barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə Yaponiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib, şirkət nümayəndələrinin sualları cavablandırılıb.

Sonra Yaponiya nümanyəndə heyəyi Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Elektrik Avadanlıqları zavodlarında istehsal prosesi ilə tanış olub.

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoşihisa Suzukinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

Görüşdə ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verildiyi, iqtisadi əməkdaşlığın genişləndiyi qeyd edilib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.

Tərəflər iqtisadi, xüsusi ilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

05.09.2022 16:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ