Swiss Re: Təbii fəlakətlər 72 milyard dollar ziyana səbəb olub
İsveçrənin sığorta şirkəti Swiss Re-nin hesabatına görə, 2022-ci ilin ilk yarısında təbii fəlakətlərin yaratdığı ümumi iqtisadi itkilər təxminən 72 milyard dollara çatıb. Bildirilib ki, iqlim və təbii fəlakət risklərinin 75 faizi sığortasızdır.Bu ilin birinci yarısında iqlim dəyişikliyi və təbii fəlakətlərin vurduğu ziyan 72 milyard dollar olub.
Marja xəbər verir ki, bu İsveçrənin əsas sığorta şirkəti olan Swiss Re-nin hesabatında yer alıb.
Sözügedən rəqəm 2021-ci ilin ilk altı ayı üçün 91 milyard dollar təxminindən aşağı olsa da, 10 illik orta rəqəmə (74 milyard dollar) yaxındır. İlk altı ayda iqtisadi itkilərə sasən hava ilə bağlı fəlakətlərin səbəb olduğu görünür.
Swiss Re-nin Fəlakət Riskləri Departamentinin rəhbəri Martin Bertoq deyib: “İqlim dəyişikliyinin təsiri Avstraliya və Cənubi Afrikada görünməmiş ekstremal hava hadisələrində özünü göstərir".
Sürixdə yerləşən qrupun hesabatında, itkilərin bir hissəsinin Avropada qış fırtınaları, eləcə də bütün qitə və ABŞ-da şiddətli tufanlar nəticəsində baş verdiyi qeyd olunub. Bildirilib ki, 72 milyard dollar zərərin 35 milyard dolları sığortalanıb.
Qeyd edilib ki, iqlim və təbii fəlakət risklərinin 75%-i sığortasızdır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
6 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















