Azərbaycanın faktorinq şirkəti yarım ildə 2,4 milyon manat qazanıb - 7 DƏFƏDƏN ÇOX ARTIM
Faktorinq şirkəti "Ferrum Kapital" QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 2 milyon 369 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısında "Ferrum Kapital"ın komissiya gəlirləri 7 milyon 441 min manat, əməliyyat və faiz xərcləri 4 milyon 687 min manat təşkil eidb.
Şirkət 2 milyon 754 min manat əməliyyat mənfəəətindən təxminən 385 min manat mənfəət vergisi ödəyib.
30 İyun 2020-ci il tarixində "Ferrum Kapital"ın portfeli 50 milyon 949 min manata, cəmi aktivləri 69 milyon 645 min manata çatıb.
Müqayisə üçün qeyd edək ki, "Ferrum Kapital" 2021-ci ilin birinci yarısını 320 min manat, tam 2021-ci ili isə 2 milyon 289 min manat xalis mənfəət ilə bağlamışdı. Həmçinin, ötən ilin ilk 6 ayı ərzində Şirkətin portfeli 9 milyon 158 min manat, komissiya gəlirləri 993 min manat, əməliyyat və faiz xərcləri 593 min manat olmuşdu. Ferrum Kapital 80 min manat mənfəət vergisi ödəmişdi. Beləliklə, Şirkətin xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 7,4 dəfə, komissiya gəlirləri də 7,5 dəfə, portfeli (satışı) 5,6 dəfə artıb.
Qeyd edək ki, "Ferrum Kapital" QSC-nin nizamnamə kapitalının 68%-i Demirçi Qafar Aydın oğluna, 23%-i Habib Zadeh Mohammad Reza-ya, qalan 9%-i isə 2 hüquqi şəxsə məxsusdur.
"Ferrum Kapital" QSC "AGA Group" şirkətlər qrupunun bir üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




