Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Dövlət Neft Fondu ilə görüş keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Dövlət Neft Fondu ilə görüş keçirib

ARDNF rəhbərliyi Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Prezidenti xanım Odile Renaud-Basson və geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.

ARDNF-in yaydığı məlumatda bildirilir ki, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə AYİB-in nümayəndə heyətinə geniş məlumat verilib.

Reklam_3_11

ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədov öz çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzun müddətli layihələri yüksək qiymətləndirib.

Görüş zamanı xanım Odile Renaud-Basson təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.

12.09.2022 19:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ