Ən yuxarı statik reklam-3_3

“Özbəkneftqaz” SOCAR ilə əməkdaşlıq perspektivlərini genişləndirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Özbəkneftqaz” SOCAR ilə əməkdaşlıq perspektivlərini genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə əmkdaşlığın genişləndirilməsini nəzərdən keçirir.

“Özbəkneftqaz” şirkətinin yaydığı məlumata görə, sentyabrın 7-9-da SOCAR-ın nümayəndə heyəti “Özbəkneftqaz” SC-də və istehsalat müəssisələrində olub. Səfər “Özbəkneftqaz” ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış “Yol xəritəsi”nə uyğun olaraq həyata keçirilib.

Bildirilir ki, səfər zamanı Özbəkistanda dərin neft və qaz emalı yatağının hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair təqdimat keçirilib. Müzakirələr zamanı neft-kimya layihələri, o cümlədən SOCAR-ın fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Tərəflər korporativ idarəetmə sisteminin islahatı, transformasiyası və rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlar, fəaliyyət zamanı əldə edilmiş təcrübə ilə bağlı fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətinin üzvləri Qaşqədərya vilayətindəki “Uzbekistan GTL” zavodunun, Şurtan qaz-kimya kompleksinin və Şurtan neft-qazçıxarma idarəsinin istehsalat sahələrində olub, müəssisələrin texnoloji imkanları və istehsal prosesləri ilə tanış olublar.

SOCAR-ın nümayəndə heyətinin üzvləri “Özbəkneftqaz”ın regionda və bütövlükdə Müstəqil Dövlətlər Birliyi ölkələrində neft-qaz sənayesinə verdiyi töhfəni xüsusi qeyd ediblər. “Özbəkneftqaz”ın həyata keçirdiyi layihələrin perspektivlərini yüksək qiymətləndiriblər.

Səfərin nəticələrinə görə, nümayəndə heyətinin üzvləri iki şirkətin birgə işini davam etdirməyə və tərəflərin maraqları arasında təmas nöqtələri yaratmağa hazır olduqlarını bildiriblər. Tərəfdaşlar qeyd ediblər ki, “Özbəknefteqaz” müasir yüksək səmərəli layihələrin həyata keçirilməsi üçün bütün resurslara malikdir.

Xatırladaq ki, iyulun əvvəlində SOCAR və "Özbəkneftqaz" arasında hər iki dövlətdə neft yataqlarının birgə işlənməsi, eləcə də bərpa olunan enerji və rəqəmsallaşdırma layihələrində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb.

13.09.2022 14:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ