Belarus bəzi məhsulların ixracına 6 aylıq qadağa qoyur
Qərar, 250-dən çox məhsula aiddirSentyabrın 23-dən Belarus 250-dən çox mallarının ölkədən çıxarılmasına müvəqqəti qadağa tətbiq edir.
Marja xəbər verir ki, ölkə baş nazirinin birinci müavini Nikolay Snopkovun imzaladığı müvafiq fərman cümə axşamı milli hüquqi internet portalında dərc olunub.
“Siyahıya uyğun malların Belarus Respublikasından kənara ixracına müvəqqəti qadağa qoyulsun”, - sənəddə deyilir.
İxracı qadağan olunan malların siyahısına dəmir yolu lokomotivləri, vaqonlar, traktorlar, avtomobillər, motosikletlər, velosipedlər, tibbi təyinatlı məhsullar, müxtəlif alət və avadanlıqlar, qaz generatorları, istilik avadanlıqları, mühərriklər, soyuducu və dondurucu avadanlıqlar, buldozerlər, kənd təsərrüfatı və meşə təsərrüfatı üçün avadanlıqlar, kənd təsərrüfatı maşınları, müxtəlif növ dəzgah məhsulları, kompüterlər, batareyalar, tozsoranlar, telefonlar, elektrik avadanlıqları və bir sıra digər məhsullar daxildir.
Qeyd edək ki, Gəncə Avtomobil Zavodu traktor, kombayn və yük maşınlarını Belarusdan idxal etdiyi hissələr hesabına yığır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
15 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























