Azərkosmos kosmik texnologiya şirkətilə anlaşdı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosla “Voyager Space” şirkəti arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb.
Nazirliyin yaydığı məlumata görə, imzalanma mərasimi Parisdə 73-cü Beynəlxalq Astronavtika Konqresi həftəsi çərçivəsində keçirilib.
Sənəd Azərkosmos və “Voyager Space” arasında kosmik infrastruktur, elmi mərkəzlərin qurulması, tədqiqat proqramları, texnologiyanın inkişafı və innovasiyalar istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməyə yol açacaq.
Memoranduma əsasən yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə təcrübə və bilik mübadiləsi aparılacaq, ölkədə kosmik sahənin kommersiya və təhsil imkanları diqqət mərkəzində saxlanılacaq.
“Biz kosmik proqramların və texnologiyaların ölkəmizə gətirə biləcəyi imkanları genişləndirmək üçün “Voyager Space”dəki tərəfdaşlarımızla işləyəcəyik. “Voyager Space kimi qlobal partnyorlarla yerli kosmik ekosistemi gücləndirmək əsas missiyalarımızdan biridir”, – deyə Azərkosmos İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib.
“Voyager Space”in Gəlirlər üzrə baş direktoru Kley Mouri bildirib ki, şirkət inkişaf etməkdə olan kosmik dövlətlərin tədqiqat və elm sahəsinə qoşulması üçün qapılar açır: “Kosmik texnologiya və elm cəmiyyətləri dəyişdirmək gücünə malikdir. Biz Azərbaycan vasitəsilə regionda dayanıqlı kosmik ekosistem qurmağı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “Voyager Space” kosmosda və Yerdə bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq, dayanıqlı kosmik iqtisadiyyatın inkişafını sürətləndirmək istiqamətində fəaliyyət göstərən kosmik texnologiya şirkətidir. Təxminən 20 illik kosmosa uçuş tarixi var, 1500-dən çox uğurlu kosmik missiya həyata keçirib. “Voyager Space” kommersiya istifadəçilərinə, dövlət təşkilatları, akademik və tədqiqat qurumlarına kosmik stansiya infrastrukturu, xidmətləri və texnoloji həllər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl