Qlobal bazarlarda bir söz səslənir: Dollar
Dolların bahalaşması davam edərkən, səhmlər həftəyə kəskin ucuzlaşma ilə başlayır. Funt-sterlinq 10350 dollara qədər ucuzlaşıb.Yeni həftədə də ABŞ dolları bütün əsas valyutalar qarşısında bahalaşmaqda davam edir.
Marja.az xəbər verir ki, Funt-sterlinqin kəskin ucuzlaşmasının təsiri ilə Bloomberg Dollar İndeksi 1,1 faiz artaraq 1354,5 bəndə yüksələrək rekord həddə çatıb.
Dollar İndeksi də təxminən 1% artaraq 114.53 bəndə yüksəlib.
İndeks cümə günü 1,5 faizlə 2020-ci ilin martından bəri ən sürətli gündəlik yüksəlişini qeyd etmişdi. İnkişaf etməkdə olan ölkələrin valyutalarından dollara qarşı müqavimət göstərən yoxdur.
Çin Xalq Bankı yuanın dollar qarşısında 2008-ci il maliyyə böhranından bəri ən aşağı səviyyəyə düşməsinə icazə verib. Dollar/Yuan məzənnəsi 7 səviyyəsinə çatıb.
Cənubi Koreya vonunun məzənnəsi 1,4 faiz azalaraq 2009-cu ildən bəri ən zəif səviyyəsinə düşüb.
Birjalar da həftəyə mənfi notla başlayır. MSCI Qlobal İndeksi 2020-ci ilin minimumuna yaxınlaşır. Yaponiyanın Topix və Cənubi Koreyanın Kospi indeksləri 2 faizdən çox ucuzlaşıb.
S&P 500 üzrə cümə günü 1,7 faiz enişlə başa çatan fyuçerslər satış dalğasının davam etdiyinə işarə edir.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 4 baza bəndi artaraq 3,72%-ə çatıb.
Bu gün Brent neftinin qiyməti 85 dollardan, ABŞ xam neftinin qiyməti 79 dollardan aşağı düşüb.
İtalyada seçki və avro
"Exit-poll" nəticələrinə görə İtaliyada Giorgia Meloni-nin rəhbərlik etdiyi sağçı koalisiya seçkilərdə açıq-aşkar qələbə qazanıb. İtaliyanın RAI televiziyasının proqnozlarına görə, Matteo Salvininin Liqa Partiyası və Silvio Berluskoninin Forza İtaliya Partiyasının daxil olduğu Melonun rəhbərlik etdiyi koalisiya 43 faiz səs toplayıb.
Bu səs nisbəti koalisiyaya Senatda 114 yer verir (104 yerlə çoxluq əldə edilir). Meloni həm də İtaliyanın ilk qadın baş naziri olacaq.
Mario Draghi-nin hökuməti ilə müqayisədə daha çox siyasi dəstəklə üzləşəcək Melonini bir sıra problemlər gözləyir, məsələn, enerji böhranı və borclanma xərclərinin artması iqtisadi artıma mane ola bilər.
Keçən dekabr ayında 1 faizdən az gəlir gətirən İtaliyanın 10 illik istiqrazları indi 4,3 faizdən çox gəlirlə ticarət edilir.
"Burada sual, yeni hökumətin Mario Draghi-nin islahat gündəliyindən nə qədər uzaqlaşacağıdır", - "Bank of New York Mellon"un valyuta strategiyası üzrə strateqi Geoffrey Yu bildirib.
Bu gün Avro da Dollar qarşısında ucuzlaşıb və avro/dollar məzənnəsi 0,9550 səviyyəsinədək düşüb. Avro Bölgəsində iqtisadi tənəzzülün başlaması, enerji böhranı və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxular ortaq valyutanın zəifləməsinə səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
16 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
21 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
21 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
21 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
21 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)










.jpg)


