Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Ata Sığorta" və "Günay Sığorta" ən çox tənəzzüldə olan özəl sığorta şirkətləridir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ata Sığorta" və "Günay Sığorta" ən çox tənəzzüldə olan özəl sığorta şirkətləridir

2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) "Ata Sığorta", "Azərsığorta" (Dövlət Sığorta Kommersiya Şirkəti), "Günay Sığorta" və "Meqa Sığorta" şirkətlərinin hesabladıqları sığorta haqları azalıb.

Marja.az xəbər verir ki, digər şirkətlərin hesabladıqları sığorta haqları isə artıb.

Özəl şirkətlər arasında ən çox azalma "Ata Sığorta"da baş verib. Şirkətin hesabladığı sığorta haqları 2,7 dəfə azalıb.

"Günay Sığorta"nın hesabladığı sığorta haqları 32,7%, "Meqa Sığorta"nın hesabladığı sığorta haqları isə 8,8% düşüb.

Dövlət Sığorta Kommersiya Şirkətinin hesabladığı sığorta haqlarındakı geriləmə dövlət icbari şəxsi sığortalarının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsilə bağlıdır.

Ən çox sığorta haqları hesablamış şirkətlər "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Atəşgah Həyat Sığorta", "Qala Sığorta" və "Xalq Sığorta"dır. 

2022-ci ilin 8 ayı ərzində 20 sığorta şirkəti tərəfindən cəmi 654 milyon 918 min manat sığorta haqları hesablanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74 milyon 321 min manat və ya 12,8% çoxdur. 

sığorta haqq atasığorta azərsığorta günaysığorta meqasığorta
27.09.2022 08:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ