Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Bank "Tusi" filialını istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank "Tusi" filialını istifadəyə verdi

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verib.

Yeni açılan "Tusi" filialı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 83 ünvanında (Ukrayna dairəsindəki ASAN Xidmətin yaxınlığında) yerləşir.

"Tusi" filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın Tusi filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.

28.09.2022 10:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ