Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Toy biznesinin iştirakçıları üçün faydalı məlumatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toy biznesinin iştirakçıları üçün faydalı məlumatlar

Ötən il Azərbaycanda ümumilikdə 56314 nikah qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Bildirilib ki, ötən il nikaha daxil olan bəylərdən 35418-i 15-29 yaşda olub.

Nikaha daxil olanlardan bəylərdən biri 15-17, 169-u 18-19, 9842-si 20-24, 25406-sı 25-29 yaşda olub.

2021 nikaha daxil olan gəlinlərin sayı 46708 olub. Onlardan 137-si 15-17, 11399-u 18-19, 22642-si 20-24, 12530-u 25-29 yaşında olub.

Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir

Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.

By barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.

2021-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına düşüb.

Ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub.

28.09.2022 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ