Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olundu

2022-ci ildə şəhid ailəsi və müharibə əlillərinə artıq 850 mənzil təqdim olunub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəhidlərimizin ailələrinə, müharibə əlillərinə sosial dəstək tədbirləri davam etdirilir. 

Bunu Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib.  

Mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və xalq artisti Mənsum İbrahimov təqdim ediblər. 

Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib.

İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. 

Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 

Mənzil təqdim edilən şəhid ailələri və müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

28.09.2022 14:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ