Ən yuxarı (mobil)_30

Avropa Komissiyası Rusiya qazınını qiymətinə tavan müəyyən etməyi təklif edir

Aİ-nin əsas məqsədi bu qış istehlakçılar üçün qiymətlərin aşağı salınmasına zəmanət verməkdir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Komissiyası Rusiya qazınını qiymətinə tavan müəyyən etməyi təklif edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Komissiyası (AK) Avropada qazın qiymətlərini məhdudlaşdırmaq üçün yeni təşəbbüslər irəli sürərək, xüsusən də Rusiya qazı üçün qiymət "tavanı" təyin etməyi təklif edir.

Marja xəbər verir ki, bu barədə cümə axşamı DPA agentliyi əlində olan sənədə istinadən məlumat verib.

Mətnə görə, Avropa İttifaqı (Aİ) qazın qiymətini məhdudlaşdırmaq üçün tədbirlər görməyə hazır olmalıdır.

“Aİ-nin əsas məqsədi bu qışda istehlakçılar üçün qiymətlərin aşağı salınmasına zəmanət verməkdir”, - sənəddə deyilir.

Bununla belə, Brüssel hakimiyyəti Aİ üzvlərinin istəklərinə yalnız qismən cavab verir. Xüsusilə, AK Rusiya Federasiyasından alınan qazın mümkün olan maksimal qiymətini təyin etməyi təklif edir. Digər variant, elektrik enerjisi istehsalında bu yanacağın qiymətini məhdudlaşdırmaq, həm də maya dəyərini azaltmaqdır. İspaniya və Portuqaliya artıq oxşar bir şey təqdim ediblər.

Lakin sənəddə onun Avropada necə işləyəcəyi dəqiq göstərilmir. Bildirilir ki, maksimum qiymətlə bazar qiyməti arasındakı fərq elektrik enerjisi təchizatı sistemindən asılı olacaq. Eyni zamanda, AK qiymət məhdudiyyətlərinin mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib. 

Çərşənbə axşamı İtaliya, Polşa və Fransa da daxil olmaqla 15 ölkədən ibarət qrup AK-ni bütün idxal olunan qaza qiymət tavanı tətbiq etməyə çağırıb. Bununla belə, Almaniya, Danimarka və Hollandiya qazın qiymətinin azaldılmasının Avropadakı enerji böhranını cilovlamaq səylərinə zərər verəcəyini iddia edərək, ona qarşı çıxıblar.

Belçikanın energetika naziri Tienne van der Straeten çərşənbə günü tvitində "çevik qiymət tavanını"artan qaz qiymətləri ilə mübarizə aparmaq üçün mümkün tədbir hesab oluna biləcəyini təklif edib.

Sentyabrın 9-da Aİ-nin energetika nazirləri Rusiya boru kəməri qazının qiymətinin yuxarı həddi ilə bağlı razılığa gələ bilməyiblər, bundan sonra onlar Avropa Komissiyasına qazın bütün növlərinin, o cümlədən mayeləşdirilmiş təbii qazın (LNG) qiymətinin məhdudlaşdırılması imkanlarını öyrənməyi tapşırıblar. Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə, AK Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri ilə əlaqədar Rusiya qazı üçün qiymət tavanının tətbiqini vacib hesab edir.

29.09.2022 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ