Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandakı fintexlər kütləvi ödəniş sistemlərinə birbaşa çıxış istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı fintexlər kütləvi ödəniş sistemlərinə birbaşa çıxış istəyir

"Azərbaycandakı fintex şirkətlərinə kütləvi ödəniş sistemlərinə birbaşa çıxış verilsə, onlar daha da inkişaf edər".

Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda qurumun İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.

Reklam_3_11

"Digər məsələ fintexlərin fəaliyyətinin maliyyə xidməti kimi qəbul olunmasıdır. Bu, onları əlavə dəyər vergisi (ƏDV) ödəməkdən azad edər, son nəticədə həm bizə, həm də partnyorlarımıza qənaət etməyə imkan verər. Başqa bir məsələ isə ölkədəki banklarla daha sıx əməkdaşlıq qurulmasıdır. Onlar gələcəkdə kiçik fintexləri alsalar və bu sahədə uğurlu olsalar, sektorun inkişafına təkan olar. Bankların infrastrukturu güclüdür və onlar tənzimləyici qarşısında daha reputasiyalı, daha güclü mövqeyə sahibdir. Fintexlərdə isə banklar üçün cəlbedici məqamlar var. Onlar daha çevikdir, daha geniş seqmentlərə uyğunlaşdırılmış həllərə malikdir ki, bunlar da bankların işinə çox yarayar", - deyə o, qeyd edib.

Bundan başqa, R.Talıbovun sözlərinə görə, son vaxtlar rəhbərlik etdiyi assosiasiya "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birlikdə fintex sahəsininn inkişafı üçün kifayət qədər addımlar atır: "O cümlədən AMB bu məsələdə həm təşkilatçı, həm də tənzimləyicidir. Sahənin inkişafı üçün qurunun hazırladığı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsi fintexlər üçün kifayət qədər əlavə imkanlar yaradacaq, onların inkişafına ciddi təkan verəcək".

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© Report

kütləvi ödəniş fintex
29.09.2022 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ