Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avrozona iqtisadi inamı 2020-ci ildən bəri ən aşağı səviyyədədir

Avrozona iqtisadi inamı rekord yüksək inflyasiya və enerji problemləri səbəbindən bu ay 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avrozona iqtisadi inamı 2020-ci ildən bəri ən aşağı səviyyədədir

Avro Bölgəsində iqtisadi etimad indeksi sentyabrda 93,7-ə düşüb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablaması görə indeks 95 olub.

Bu, 2020-ci ilin noyabr ayından bəri qeydə alınan ən aşağı səviyyədir. Beləliklə, indeks 7-ci ayda da enişini davam etdirib.

Reklam_3_11

Xidmətlərdən tutmuş sənayeyə qədər bütün kateqoriyalar indeksdə düşüb. Ən böyük azalma mənfi 28,8 ilə İstehlakçı Güvənində müşahidə olunub. İqtisadi etimadın pisləşməsinə baxmayaraq, 2020-ci ilin aprel ayının minimumlarının üstündə qalıb.

Yüksək inflyasiya, azalmada ən böyük amildir. Rusiyadan qaz nəqlinin kəsilməsi də iqtisadi etimada mənfi təsir göstərib. Sorğu göstərib ki, istehlakçıların inflyasiya gözləntiləri artmaqdadır.

Avro Bölgəsində sabah açıqlanacaq inflyasiya məlumatları maraqla gözlənilir. Valyuta bazarlarında Avropa Mərkəzi Bankının (ECB) yüksək inflyasiyanı cilovlamaq üçün oktyabrın 27-də keçiriləcək iclasında 75 baza bəndi artımını davam etdirəcəyi gözlənilir.

iqtisadi inam
29.09.2022 13:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ