Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Buta Supply" şirkətinin təşəbbüsü ilə Zəngilanda 3000-ə yaxın ağac əkilib - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Buta Supply" şirkətinin təşəbbüsü ilə Zəngilanda 3000-ə yaxın ağac əkilib - FOTOLAR

(®) Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda 44 günlük Vətən Müharibəsinin başlamasının 2-ci ildönümü və vətən torpağını düşməndən qəhramancasına təmziləyərkən canlarını fəda etmiş şəhidlərimizin anılması məqsədi ilə 27 Sentyabr 2022-ci il tarixində mərasim baş tutmuşdur.

Mərasimdə “Buta Supply” şirkətinin təşəbbüsü ilə 3000-ə yaxın ağac əkilmiş və tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Vahid Hacıyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) sədri cənab Ülvi Mehdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və “Buta Supply” şirkətinin əməkdaşları iştirak etmişdir.

Ağacəkmə kampaniyasında sərv, zeytun, eldar şamı və digər növ ağaclar olmaqla, ümumilikdə 3000-ə yaxın ağac əkilib.

“Buta Supply” şirkətindən verilən məlumata görə bu kampaniyanın məqsədi 30 il ərzində vandalizmə məruz qalmış torpaqlarımızda ekoloji tarazlığın bərpa edilməsi, azad edilmiş torpaqlarımızda dövlətimiz tərəfindən aparılan yenidənqurma işlərinə dəstəyimizin ifadə edilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsindən ibarətdir. Şirkət gələcəkdə də bu cür sosial layihələri davamlı şəkildə keçirməyi hədəfləyir.

Qeyd edək ki Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il ölkəmizdə 27 Sentyabr Anım Günü keçirilməsi qərara alınmışdır. Buta Supply Şirkəti də Anım Günündə öz sosial məsuliyyət missiyasını yerinə yetirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması məqsədi ilə həyatlarını itirmiş şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə isə can sağlığı arzu edir.

Buta Supply
29.09.2022 14:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ