Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Almaniyada inflyasiya Avro dövründə ilk dəfə ikirəqəmli səviyyəyə çatıb

Almaniyada illik inflyasiya sentyabrda 10,9 faizə yüksələrək, ölkənin avro valyutaya keçdiyi təxminən 20 ildə ilk dəfə ikirəqəmli səviyyəyə çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyada inflyasiya Avro dövründə ilk dəfə ikirəqəmli səviyyəyə çatıb

Almaniyada inflyasiyanın yüksəlməsi sürəti sentyabr ayında da davam edib.

Marja.az xəbər verir ki, sentyabrda ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar inflyasiyanın 10,2 faiz olacağını gözləyirdilər.

Sentyabrda illik inflyasiya göstərib ki, ölkə ümumi valyuta olan avroya keçiddən sonra ilk dəfə ikirəqəmli səviyyəyə çatıb.

Avqustda illik inflyasiya 8,8 faiz təşkil etmişdi.

Məlumatlara görə, sentyabrda qiymətlər avqust ayı ilə müqayisədə 2,2 faiz artıb. Bu məlumat üçün proqnoz 1,5 faiz idi.

Müxtəlif Avropa ölkələrində inflyasiyanın yüksəliş tendensiyası davam etdiyi müşahidə edilir. Avropa Mərkəzi Bankı faizlərini daha da artıracağı barədə açıqlamalar verməyə davam edib.

Çərşənbə günü Frankfurtda çıxış edən Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard (Christine Lagarde), inflyasiya ortamüddətli perspektivdə 2 faiz hədəfinə çatana qədər faiz artımlarının növbəti bir neçə iclasda davam edəcəyi ilə bağlı bəyanatını təkrarlayıb.

Qiymət sabitliyinin ECB-nin prioriteti olduğunu qeyd edən Laqard, "Lazım olanı edəcəyik. Bu, bir neçə iclasda faizlərin artacağı deməkdir. Məqsədimiz tənəzzülə səbəb olmaq deyil, birinci prioritetimiz qiymət sabitliyidir. Qiymət sabitliyinin təmin edilməməsi iqtisadiyyata daha çox ziyan vuracaq, - deyib. O qeyd edib ki, enerji qiymətləri Avropada inflyasiyanı gücləndirən ən mühüm amildir.

29.09.2022 17:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ