Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

S&P Türkiyənin iqtisadi artım proqnozlarını yüksəltdi

Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Türkiyə iqtisadiyyatının bu il üçün artım proqnozunu 5,2 faizə, gələn il üçün isə artım proqnozunu 2,8 faizə qaldırdığını açıqlayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P Türkiyənin iqtisadi artım proqnozlarını yüksəltdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kredit reytinq agentliyinin dərc etdiyi Standard & Poor's (S&P) "Qlobal İqtisadi Proqnozlar, EMEA (Avropa, Yaxın Şərq və Afrika) və İnkişaf etməkdə olan Bazarlar; İnflyasiya və Faiz Nisbətləri" başlıqlı hesabatında Türkiyənin bu il və gələn il üçün iqtisadi artım proqnozlarını artırdığını açıqlayıb.

Marja xəbər verir ki, hesabatda Türkiyə iqtisadiyyatının bu il üçün iqtisadi artım proqnozu 1,7 bənd artırılaraq 5,2 faizə yüksəldilib. Turizm sektorunun güclü performansı Türkiyə iqtisadiyyatının artım proqnozunu yenidən nəzərdən keçirməsinə səbəb kimi göstərilib.  

Reklam_3_11

S&P-nin hesabatında qeyd olunub ki, həmçinin, Türkiyə iqtisadiyyatının bu il üçün artım gözləntisinin yuxarıya doğru revizə edilməsi qərarı, stimullaşdırıcı makroiqtisadi siyasət addımlarının gələcəkdə də davam edəcəyinə dair gözləntiləri əks etdirir.

Hesabatda Türkiyənin 2023-cü il parlament və prezident seçkiləri öncəsi hökumətin həyata keçirə biləcəyi mümkün əlavə siyasət dəstəyi gözləntiləri ilə gələn il üçün iqtisadi artım gözləntisinin 1,1 bənd artırılaraq 2,8 faizə çatdırıldığı qeyd olunub.

İnflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılır

S&P hesabatında bildirilib ki, bu ilin avqust ayında 80 faizə çatan inflyasiyanın bir müddət çox yüksək səviyyədə qalmasından sonra enerji qiymətlərinin daha mülayim olması ilə 2023-cü ildə tədricən 40 faizə düşəcəyini gözləyir.

30.09.2022 08:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ