Korporativ istiqrazlar mövzusunda keçirilmiş müsabiqənin qalibləri müəyyənləşib
30 sentyabr 2022-ci il tarixində “Landmark” Hoteldə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) əməkdaşlığı çərçivəsində “Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Müsabiqənin əvvəlində AFBİA-nın İdarə Heyətinin Sədri Ceyhun Hacıyev çıxış edərək, ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmiş və bu cür tədbirlərin bank sektoru ilə kapital bazarının qarşılıqlı şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd etmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının və ABA-nın nümayəndələri də Ceyhun Hacıyevin fikrinə dəstək olaraq, müsabiqənin önəmini öz çıxışlarında qeyd etmişlər. Daha sonra birinci mərhələnin nəticələrinə əsasən münsiflər heyəti tərəfindən daha öncə seçilmiş 8 Bankın komandaları final mərhələsində ilk 3 yeri tutmaq üçün mübarizə aparmış və müsabiqənin sonunda aşağıdakı banklar müvafiq olaraq, birinci, ikinci və üçüncü yerlərin qalibləri olmuşdur:
-Azərbaycan Beynəlxalq Bankı
-Kapital Bank
-PAŞA Bank
Müsabiqənin sonunda qaliblərə müvafiq sertifikatlar və mükafatlar təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, bu cür tədbirlər ölkəmizdə fəaliyyət göstərən bankların yerli korporativ istiqrazlara marağını daha da artıracaq, bankların risk departamentlərinin yerli kapital bazarına yeni yanaşmalar tətbiq etməsini stimullaşdırıcaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)




.jpg)











.jpg)

