Dollar/Yen məzənnəsi müdaxilə səviyyələrinin astanasında
Dollar/Yapon yeni məzənnəsi 145-i keçərək son müdaxilə səviyyələrinə yaxınlaşıb. Sentyabr ayının sonuna yaxın 24 ildən sonra Yaponiyada məzənnə 145 səviyyəsini keçdikdən sonra yenə müdaxilə qərarı verilmişdi.
Yapon yeni həftəyə ucuzlaşma ilə başlayıb. Marja xəbər verir ki, dollar/yen məzənnəsi son müdaxilənin edildiyi səviyyələrə yaxınlaşıb.
Həftənin ilk ticarət günündə dollar/yen məzənnəsi 145 yeni keçib.
Sentyabrın sonunda məzənnə 145-i ötdükdən sonra Yaponiya 1998-ci ildən bəri ilk dəfə olaraq, ABŞ-la monetar siyasətində fərq səbəbindən yenin ucuzlaşmasını dayandırmaq üçün valyuta bazarına müdaxilə etmişdi (mərkəzi bank dollar satıb yen alınmışdı).
Yaponiya Mərkəzi Bankı (BOJ) ABŞ Mərkəzi Bankının (FED) faizini 75 bənd artırmaq qərarından sonra mənfi faiz dərəcəsini sabit saxlayıb.
Yaponiyada 24 ildən sonra ilk müdaxilə edilmiş və bu müdaxilələrin davam edə biləcəyinə dair siqnallar verilmişdi.
Yaponiyanın Baş naziri Fumio Kişida dünən bildirib ki, ölkənin 1998-ci ildən bəri milli valyutanı dəstəkləmək üçün valyuta bazarına müdaxiləsindən sonra hökumət bazardakı ekstremal hərəkətlərə qarşı çıxmaq üçün lazımi addımları atmağa davam edəcək.
Kişida, bazarların məzənnə səviyyələrinə qərar verdiyini, lakin spekulyasiya ilə əlaqədar olaraq həddindən artıq hərəkətlərə cavabsız qala bilməyəcəyini söyləyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
17 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
18 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
