Azərbaycan və Türkiyə Metrologiya İnstitutları arasında Anlaşma Memoranumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Metrologiya İnstitutu (AzMİ) metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə “Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu” (TÜBİTAK ÜME) ilə Anlaşma Memorandumu imzalayıb.
Sənədə əsasən, tərəflər səmərəliliyin artırılması üçün milli etalonların inkişafı və yenilənməsi, dövlət etalonlarının qorunması istiqamətində birgə tədqiqat fəaliyyəti, müxtəlif növ ölçmələr üçün yeni metodologiyaların hazırlanması, sahə üzrə ekspert və məsləhətçilərin cəlb edilməsi istiqamətində birgə layihələr həyata keçirəcəklər.
İşgüzar görüş çərçivəsində TÜBİTAK ÜME-nin rəhbəri Mustafa Çetintaş AzMİ-nin ölçmə laboratoriyaları və dövlət etalon saxlayıcılarının fəaliyyəti ilə tanış olub, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi və keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bildirib.
TÜBİTAK ÜME-nin rəhbəri Mustafa Çetintaş həmçinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.
Görüşdə AzMİ-də yeni laboratoriyaların yaradılması, mövcud etalon laboratoriyalarının təkmilləşdirilməsi və imzalanmış Memorandum çərçivəsində əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
12 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
12 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
13 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
13 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 13 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
14 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 14 saat əvvəl
- 14 saat əvvəl