Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın naziri neft ilə bağlı mühüm iclasda iştirak etmək üçün Vyanaya getdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın naziri neft ilə bağlı mühüm iclasda iştirak etmək üçün Vyanaya getdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Reklam_3_11

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.

Xəbər verdiyimiz kimi, neft hasilatının səviyyəsi ilə bağlı qərarını vermək üçün çərşənbə günü iclas keçirəcək OPEC+, neft hasilatını bazar proqnozlarından daha çox azaltmağa hazırlaşır. Bloomberg-ə danışan nümayəndələrə görə, OPEC+ gündəlik neft hasilatını 1 milyon bareldən çox azalda bilər.

Neft qiymətləri son vaxtlar artan qlobal tənəzzül ehtimalları fonunda düşüb və bu, hasilatın daha çox azaldılması çağırışlarına səbəb olub.

Nümayəndələrin söylədiyi 1 milyon rəqəmi reallaşarsa, bu, pandemiyadan bəri istehsalın ən böyük azaldılması olacaq. Yayılan xəbərlər fonunda bazar ertəsi neft qiymətləri kəskin yüksəlib.

Rusiyanın Ukraynaya hücumundan sonra Brent markalı neftin qiyməti 125 dolları keçmiş, lakin artan inflyasiyaya qarşı mərkəzi bankların faiz artırmalarının iqtisadiyyatları böhrana sürükləyəcəyi gözləntiləri neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.

04.10.2022 13:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ