Saxta “Vyetnam mazı” aşkarlanıb
“Qızıl Ulduz Balzamı 4q məlhəm”nin tərkibinin normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.
Analitik Ekspertiza Mərkəzinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış müraciətə əsasən, üzərində Vyetnamın “Danafa Farmasyutikal SC istehsalçısı göstərilmiş, “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək, “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələrin ekspertizası aparılıb.
Mərkəzdən bildirilib ki, AEM-in Tibb və Əczaçılıq Vasitələrinin Ekspertizası və Keyfiyyətinə Nəzarət Laboratoriyasından verilən məlumata görə, təqdim edilən nümunələrdən “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək olan dərman vasitəsi Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçmiş və qablaşması təsdiqlənib. Həmçinin, sözügedən nümunənin təqdim olunan seriyası Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilib və idxalına icazə məktubu verilib. Sözügedən nümunənin yoxlanılan keyfiyyət parametrlərində uyğunsuzluq aşkar edilməyib.
Digər 2 sınaq nümunəsi - “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və “Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməyib və qablaşmaları təsdiqlənməyib. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilməyib və idxalına icazə məktubu verilməyib. Sözügedən nümunələrin tərkibində “levomentol”, “kamfora”, “sineol” və “evgenol” adlı fəal təsiredici maddələrin mövcudluğu müəyyən edilsə də, həmin maddələrin miqdarının istinad edilən normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 32 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
32 d. əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
2 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
2 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
Son Xəbərlər

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Bank 96 ədəd RAM alır

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
