Azərbaycan və Moldova aqrar sahənin rəqəmsallaşdırılması və texnoloji transfer ilə bağlı əməkdaşlıq edəcək
Moldovanın Kənd Təsərrüfatının İnkişafı və Modernizasiyası Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi arasında kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi və davamlı təcrübə mübadiləsi ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sənədə əsasən tərəflər Azərbaycan və Moldovada aqrar sahədə rəqəmsallaşma, texnologiya və innovasiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparacaq, bu sahənin rəqabət qabiliyyətinin artırılması, bazarlarla davamlı əlaqələrin təmin edilməsi, kənd təsərrüfatı mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin aparılması istiqamətləri üzrə əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində dövlət-özəl tərəfdaşlıq yolu ilə fermerlərə kənd təsərrüfatı texnologiyası xidmətlərinin çatdırılması, aqrar sektorun rəqəmsallaşdırılması, müasir texnologiyaların tətbiqi və iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirlərinin azaldılması sahəsində təcrübələrin bölüşdürülməsi də nəzərdə tutulur.
Görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ötən gün Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl