Vidadi Muradovun əmlakları barədə müsadirə qərarı ləğv edildi
“Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar qismən ləğv edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə yeni qərar qəbul edilib. Qərara əsasən, cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissədə qərar ləğv olunub. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, V.Muradov 2021-ci ilin yanvarında saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. V.Muradov 2021-ci il noyabrın 4-ü, ev dustaqlığına buraxıldıqdan 5 gün sonra dünyasını dəyişib. Vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Hökmə əsasən, Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min manatlıq mülki iddia təmin olunub, onun və ailəsinin 30 milyon manatlıq əmlakları müsadirə edilib. Hökmdən narazı qalan ailəsi apellyasiya şikayət verərək əmlakların geri qaytarılmasını istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra ailə Ali Məhkəməyə müraciət edib.
V.Muradovun müsadirə edilmiş əmlaklarının siyahısını təqdim edirik:
1. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi.
2. Həmin torpaq sahəsində tikilən 268.3 kv.m olan yerləşən qeyri-yaşayış binası.
3. Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev.
4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı binaların 4 nömrəli mənzili.
5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi.
6. Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi.
7. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli ev.
8. "Azər-İlmə"nin müsadirə olunan səhmləri (11 milyon manat).
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





