Fransanın sement nəhəngi "İŞİD-ə yardım" cinayətini qəbul etdi - 778 MİLYON DOLLAR CƏRİMƏ ÖDƏYƏCƏK
Fransanın sement nəhəngi Lafarge, ABŞ-ın Nyu-York şəhərindəki Bruklin Federal Məhkəməsində qaldırılan iddiada "İŞİD-ə kömək" cinayətini etiraf edərək, terror təşkilatı İŞİD-ə Suriyada zavodunu işlətmək üçün pul ödədiyinə görə 777,8 milyon dollar cərimə ödəyəcəyi açıqlanıb. Lafarge yaydığı açıqlamada, "Lafarge və onun törəmə şirkəti Lafarge Suriya, ayrı-ayrı idarəçilərin (menecerlərin) hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü.Bu hadisənin baş verməsindən çox təəssüflənirik" bildirib.ABŞ-da məhkəmədə, Fransanın sement nəhəngi Lafarge, Suriyada zavodunun fəaliyyətini davam etdirməsi üçün terror təşkilatı İŞİD-ə pul ödədiyini qəbul edib.
Marja.az xəbər verir ki, Lafarge şirkəti 777,8 milyon dollar cərimə ödəyəcək.
Şirkətin 2013-cü ilin avqust ayından 2014-cü ilin oktyabr ayına qədər İŞİD-ə təqribən 17 milyon dollar ödədiyi bildirilir.
2015-ci ildə İsveçrədə yerləşən Holcim tərəfindən satın alınan Lafarge-nin yaydığı məlumatda, “Lafarge və Lafarge Cement Suriya, davranışları Lafarge-ın davranış kodeksini açıq şəkildə pozan müvafiq menecerlərinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Biz bu davranışa görə çox təəssüflənirik və bu problemi həll etmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə işləmişik”,- deyilir.
2018-ci ildə Fransada da Lafarge, İŞİD-ə etdiyi ödənişlər ilə insanlığa qarşı cinayətlərin ortağı olmaqda ittiham olunub. Lafarge Fransada davam edən istintaqda Fransa hakimiyyəti ilə əməkdaşlığa davam etdiyini bildirib.
Qeyd edək ki, İsveçrənin Holcim şirkəti "Holcim Azərbaycan" ASC-nin də əsas səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)









