Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bank Çinin komissiyası ilə Anlaşma Memorandumu imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank Çinin komissiyası ilə Anlaşma Memorandumu imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası (Komissiya) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, əlaqələrin gücləndirilməsi və maliyyə sektorunda məlumat və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

İmzalanmış Memoranduma əsasən AMB və Komissiya arasında bank və sığorta sektorunda təcrübə və informasiya mübadiləsinin aparılması, təlim və seminarların təşkili, məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Memorandumun imzalanması nəzarət qurumları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi, texniki dəstəyin həyata keçirilməsi, qlobal tənzimləmə yanaşmaları üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək, həmçinin bütövlükdə hər iki ölkənin bank və sığorta sisteminin inkişafına öz töhfəsini verəcəkdir.

Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də nəzarət məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaqdır.

20.10.2022 15:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ