Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Polşada işgüzar səfərdə olub

30-dan çox Polşa şirkəti ilə danışıqlar aparılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Polşada işgüzar səfərdə olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti, “Araz” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin nümayəndə heyəti Polşada işgüzar səfərdə olub. Səfər Polşa Respublikasının Kənd Təsərrüfatına Dəstək Milli Mərkəzinin və Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Nümayəndə heyətləri 30-dan çox Polşa şirkəti ilə danışıqlar aparıblar.

Reklam_3_11

“Veysəloğlu Distribusiya” şirkəti ilə görüşlər zamanı Polşanın iri qida istehsalçıları ilə gələcək əməkdaşlıq perspektivləri, əməkdaşlıq məqsədilə müqavilələr, yaranmış logistik və tədarük zənciri problemləri ilə əlaqədar olaraq alternativ həllər çərçivəsində Polşa istehsalı məhsullarının Azərbaycana gətirilməsi kimi mövzular müzakirə edilib, böyük qida istehsalı müəssisələri ziyarət olunub. Effektiv və daimi əməkdaşlığın qurulması məqsədilə tərəflər arasında gələcəkdə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3825 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2300 nəfərdən çox əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. 2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Veysəloğlu Distribusiya
25.10.2022 10:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ