Ziraat Bank Azərbaycan böyüməyə davam edir

"Ziraat Bank Azərbaycan" ASC 2022-ci ilin 3-cü rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 9 aylıq müddət ərzində bankın xalis mənfəəti 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 58%-dən çox artaraq 6 mln. manatı keçmişdir.
Bankın cəmi aktivləri də ilin sonundan bu günədək 12.3% artaraq 436 mln manata çatmışdır. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 27% artaraq 104 mln manatı keçmişdir.
Qeyd edilib ki, 3-cü rübün maliyyə hesabatının göstəriciləri bankın istər hüquqi, istərsə də fiziki şəxslərin etimadını qazanmağa davam etdiyini isbat edir. Göstəricilərə əsasən fiziki və hüquqi şəxslərin müddətli depozit portfelində 34%-ə yaxın artım müşahidə edilir.
Bankın kredit portfelində də rüb ərzində kifayət qədər müşahidə edilmişdir. Belə ki, kredit portfeli ötən ilin sonundan 29.7% artaraq 300 mln manata yaxınlaşmışdır. Qeyd edək ki, artmış portfelin əsas hissəsini biznes kreditləri təşkil edir.
Ziraat Bank Azərbaycanın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz gəlirləri 50.72% artaraq 15 mln manatı, qeyri-faiz gəlirləri isə 84.37% artaraq 9 mln manatı keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
5 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
6 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
