Bu gün Mərkəzi Bankın İdarə Heyətinin mühüm qərarı açıqlanacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da açıqlanacaqdır. Bu faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul edilən 5-ci faiz qərar olacaqdır.
Bu gün saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaqdır.
Marja xəbər verir ki, 16 Sentyabr 2022-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Kazımov sədr təyin olunduqdan bəri Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 15,6 faiz yüksəlib. Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 14,2 faiz yüksəlmişdi.
İnflyasiyanın yüksəlməkdə davam etməsinə baxmayaraq Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayır. Mərkəzi Bank tərəfindən aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Mərkəzi Bankın faiz “silahı” bu amillərə təsir edə bilmədiyindən, uçot dərəcəsi dəyişməz saxlanılır. Mərkəzi Bankın faiz aləti iqtisadiyyatın “qızması” və ya “soyuması” nəticəsində tələbin artması və ya azalması nəticəsində formalaşan inflyasiyaya təsir edə bilir.
Mərkəzi Bankın təsir dairəsində olan digər alətlər (pul təklifi, məzənnə və s) inflyasiyaya təsir göstərməyə çalışır. Azərbaycan Mərkəzi Bankı 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlayıb. Mərkəzi Bankın məlumatına görə, sterilizasiya əməliyyatlarının həcminin artması müşaiyət olunur. Yeni çeşiddə sterilizasiya əməliyyatları ilə pul təklifi azaldılır.
“İnflyasiyanı artıra biləcək amillər əsasən xarici mənşəlidir. Xarici mənşəli risklərə əsasən geosiyasi gərginlik və COVİD-19-a yoluxma hallarının artması fonunda daşınma-logistika xərclərinin yenidən artması və dünya əmtəə qiymətlərinin tədricən azalması proqnozlarının qarşıdakı dövrdə özünü doğrultmaması, nəticədə tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bu risklər hökumətin və Mərkəzi Bankın koordinasiya olunmuş antiinflyasiya tədbirləri, o cümlədən adekvat monetar şəraitin təmin edilməsi ilə idarə ediləcəkdir. Mərkəzi Bank tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi monetar şəraiti daha effektiv tənzimləməyə imkan verir. 2023-cü il və orta müddətli dövrdə məcmu tələbin izafi artımına yol verilməməsi də dayanıqlı makroiqtisadi sabitliyi, o cümlədən qiymət sabitliyini dəstəkləyəcəkdir.
Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcəkdir”,- Mərkəzi Bank 16 Sentyabr 2022-ci il tarixində yaydığı press-relizində qeyd etmişdi.
Pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir. Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
10 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
10 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
11 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 11 saat əvvəl
-
12 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
