Ən yuxarı (mobil)-2_30

Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyard dolları aşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyard dolları aşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Proqnozlara görə 2022-ci ilin yekunu ilə yanaşı 2023-cü ildə cari əməliyyatlar hesabında iri həcmli profisit gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ilə Azərbaycanın tədiyə balansının profisitli olacağını proqnozlaşdırırlar. 

Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında bildirilir.

Qeyd edilib ki, profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 9 ayında strateji valyuta ehtiyatları 3.5% və ya 1.8 mlrd. ABŞ dolları artaraq 55.1 mlrd. ABŞ dollarına yüksəlmişdir. Bu, 35 ay üzrə mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

"Cari hesabın profisiti daxili valyuta bazarında sabitliyi dəstəkləyən əsas faktordur. Hərraclarda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə qənaətin və Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi valyuta bazarında təklifin əhəmiyyətli genişləndiyini göstərir. ARDNF-nin valyuta satışları üzrə qənaətin məbləği 27.10.2022-ci il tarixə 820.8 mln. ABŞ dolları olmuşdur. Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi bu tarixə 967.1 mln. ABŞ dolları təşkil etmişdir",- məlumatda bildirilir.

28.10.2022 15:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18