DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycanın brendi kimi tanınan DOST konsepsiyası artıq dünyanın mütərəqqi təcrübələri sırasındadır. DOST təcrübəsini öyrənmək üçün müraciət edən ölkələrin sayı da artmaqdadır. Hazırda beynəlxalq qurumlar DOST təcrübəsinin digər ölkələrdə də tətbiqini təşviq edirlər.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.
Nazirliyin yaydığı məlumata görə, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, DOST Agentliyi və DOST mərkəzləri Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi nəticəsində Azərbaycanda dövlət sosial xidmətləri müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən təqdim edilir. Ötən dövrdə vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi də 98,2 faiz təşkil edib.
Bildirilib ki, beynəlxalq səviyyədə bu təcrübə yüksək qiymət alır: təkcə bu il DOST Agentliyi 6 beynəlxalq mükafatla təltif edilib. O cümlədən bu günlərdə Dünya Sosial Təminat Forumunda (Mərakeş) da DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən Mükəmməllik Sertifikatına layiq görülüb.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən Agentliyin bu ilki fəaliyyətinə dair təqdimat edilib.
Bildirilib ki, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Bu il DOST mərkəzlərində 471,5 min, ümumilikdə ötən dövrdə 1 122 650 vətəndaşa xidmət göstərilib. Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tbbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət "bir pəncərə"dən təqdim edilir.
İclasda DOST Agentliyinin bu ilki fəaliyyətinin nəticələri və qarşıda duran hədəflər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)





.jpg)
