Gəncədə 9 aylıq pərakəndə ticarət dövriyyəsi 1 milyard manatı keçib
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakcılara 1 milyard 4,2 milyon manatlıq, o cümlədən 422,9 milyon manatlıq (42,1 faiz) ərzaq məhsulları, içkilər və tutun məmulatları, 581,3 milyon manatlıq (57,9 faiz) qeyri-ərzaq malları satılmışdır.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 34,5 faiz azalmş, qeyri-ərzaq malları üzrə 1,6 dəfə artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin həcmində dövlət sektoru 4,2 faiz, qeyri-dövlət sektoru 95,8 faiz təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda 1,9 faiz, qeyri-dövlət sektorunda 1,1 faiz artmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 21,4 faizi ticarət müəssisələri, 61,0 faizi fərdi sahibkarlar tərəfindən, 17,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8 faiz artmış, fərdi sahibkarlar üzrə 8,6 faiz azalmış, bazar və yarmarkalarda 24,0 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,2 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 41,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir şəhər sakini orta hesabla ayda 131,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 180,7 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





