Xurma satışında problemlər yaranıb - Alıcı azalıb, qiymət düşüb, maşınlar sərhəddə gecikir...
Zaqatala rayonunda xurma yığımına başlanılıb. Kənd təsərrüfatının ixrac potensialı yüksək olan xurmaçılıq şimal-qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Zaqatala və Balakən rayonlarında xurma bağları çoxluq təşkil edir. Bu məhsul isə fermerlər tərəfindən Rusiya bazarlarına çıxarılır. Əvvəlki illərlə müqayisədə bu il fermerlər məhsul satışında problemlə üzləşiblər.
Bu barədə xurmaçılıqla məşğul olan fermerlər məlumat verib.
Onların sözlərinə görə, daxili və xarici bazarlarda xurmanın şişburun sortuna tələbat yüksəkdir. Fermerlər alıcı qabiliyyətinin aşağı düşməsindən şikayətləniblər:
"Artıq bir-neçə gündür ki, xurma yığımına başlamışıq. Xurma yığımına başlanılmasına baxmayaraq daxili və xarici bazarlara xurma tədarük edən sahibkarlar tərəfindən alıcılıq qabiliyyəti ötən illərə nisbətən xeyli azalıb. Buna səbəb isə Rusiya və Ukrayna arasında gedən müharibədir. Ötən il çeşidindən asılı olaraq şişburun xurma sortunun tək cərgə olan bir yeşiki 4-6 manata alınırdısa bu il qiymət hələ də məlum deyil".
Rayonda istehsal edilən xurma yerli tədərükçülər tərəfindən fermerlərdən alınaraq Rusiya və Ukrayna bazarlarına göndərilir. Xarici bazarlara xurma tədarükü ilə məşğul olan şəxslərin bildirdiyinə görə bu gün ərazisində müharibə getdiyi üçün Ukrayna bazarlarına xurma göndərmək mümkün deyil.
Hazırda xurma təkcə Rusiya bazarlarına göndərilir. Məlumata görə, Rusiya ilə Azərbaycanın sərhəd keçidində isə Rusiya tərəfə xurmanın keçirilməsində gecikmələr yaranır. Heç bir səbəb göstərmədən yük avtomobilləri saxlanıldığına görə uzun növbələr və gecikmələr olur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 3 saat əvvəl
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
22 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 23 saat əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)











